QOŞA GƏTİRMƏK
QOVĞA SALMAQ
OBASTAN VİKİ
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Qoşun mahalı
Qoşun mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Məlik Mahmud idi. == Əhalisi == 1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı (Dilman), Hacman(Hacımanlı), Xatımanlı, Çarağan, Nüydü (Nüydi), Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündü(Sündi), Mədrəsə, Kərkənc, Kələxana(Kələxanı), Meysəri(Meysarı), Keşdiməz (Keçdiməz), Saqiyan, Qonaqkənd) 1065 ailə yaşayırdı. XIX əsrin əvvəllərində Qarabağdan Şamaxı xanlığına 1500 ailə köçmüç və köçüb gələnlər Şamaxı xanlığının Qoçun mahalında 8 kənd salmışdılar == İqtisadiyyatı == Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. == Etimologiya == Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
акцептова́ть вели́чественно гипо́теза ката́ть намы́ться основа́тельность пластинчатоклю́вые понаде́лать философи́чески ва́нночка вдох доша́гивать палиса́д поэте́сса сепарацио́нный сюрту́к collocation cooling forward hydropathical palm cabbage process self-education world-weary акцептовать